Şahrux biy (1680–1722) — Kokand xanlığının Minq sülaləsindən ilk hökmdarı.

Həyatı Şahrux bəy Aşur biy oğlu 1680-ci ildə Fərqanədə doğulmuşdu. Minq tayfasındandır. Əbülfeyz xanın ona verdiyi atalıq ünvanı ilə tanınırdı. Xanlıqda yaşayan minqlərin sayı və dəstəyi ona imkan verdi ki, hökmüranlıq uğrunda mübarizəyə başlasın. O, fiziki cəhətdən güclü, sərkərdəlik qabliyyəti cəhətdən mahir idi. Hakimiyyəti ələ keçirdikdən sonra mərkəz Talakurqanı seçdi. Burda meydan, məscid, hamam və bazar tikdirdi.История Узбекистана. Том 3. Ташкент, 1993, с.205 Sonra hakimiyyətini Kokand, İsfar, Çadak, Çust və Nəməngana yaydı.

İstinadlar

Həmçinin bax Kokand xanlığı

Kateqoriya:Hökmdarlar Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:XVIII əsrdə öldürülən monarxlar