Bəhram Tofiq oğlu Əfəndiyev (25 avqust 1910 – 3 avqust 1967) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961).

Həyatı thumb|Birinci cərgə (soldan sağa): Kamilə Nemanzadə, Ənsər Əfəndiyev, Bəhram Əfəndiyev, Kamil Nemanzadə. İkinci cərgə: Süleyman Nemanzadənin arvadı Ətiqə Nemanzadə, Süleyman Nemanzadə, Həmidə Əfəndiyeva-Nemanzadə, Ömər Faiq Nemanzadə, Abidə Nemanzadə. Üçüncü cərgə: Sərvər Əfəndiyev, Gülçin Maçabelli-Əfəndiyeva, Tofiq Əfəndiyev, Əhməd Pepinovun bacısı Nəzirə Pepinova, Ülfət Nemanzadə, Dərviş ağa Ordjonikidze. Axalsıx, 1915-ci il Bəhram Əfəndiyev 1910-cu ildə ildə Tiflis quberniyasının Axalkələk qəzasında doğulmuşdur. 1927–1931-ci illərdə Bakı Rəssamlıq Məktəbində dekorçu rəssam ixtisasına yiyələnib. 1929–1932-ci illərdə Akademik Milli Dram Teatrında təcrübəçi-rəssam kimi çalışıb. 1932-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul olunub və burada yarım il oxuduqdan sonra səhhəti ilə başlı təhsilini yarımçıq qoyub. 1933-cü ildə Nuxa (indiki Şəki) Dövlət Dram Teatrında, 1934–1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Dram Teatrında rəssam işləyib. 1944–1945-ci illərdə Qazax Dövlət Dram Teatrının direktoru, 1945–1948-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam və quruluş hissə müdiri, 1948–1949-cu illərdə Göyçay Dövlət Dram Teatrında quruluşçu rəssam, 1950–1956-cı illərdə Göyçay sənət artelində texniki rəhbət, 1934–1944 və 1956–1967-ci illərdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında baş rəssam işləyib. 14 dekabr 1961-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.237

İstinadlar

Kateqoriya:Axısqa türkləri Kateqoriya:Azərbaycan teatr rəssamları Kateqoriya:SSRİ rəssamları