Olqa Boznanska (, ) — polşalı rəssam.
Həyatı və işi Olqa Boznanska dəmir yolu mühəndisinin ailəsində anadan olmuşdur. Atası polyak, anası isə fransız idi. Uşaqlıqdan rəsm çəkməyə başlamış, sənətşünaslar Anton Piotrovski və Kazimir Poxvalskidən dərs almışdır. 1886–1890-cı illərdə Münhendə yaşamışdır.
Boznanska əsasən portretlər, naturmortlar, mənzərələr və janr səhnələri çəkmişdir. 1890-cı illərdə təhsilini başa vurduqdan sonra əsərlərini Münhen, Varşava, Berlin və Vyanada nümayiş etdirməyə başlamışdır. Vyanada keçirilən sərgidə "Rəssam Paul Naumensin portreti" əsərinə görə qızıl medal qazanmışdır.
1896-cı ildə Paris İncəsənət Cəmiyyətinin mükafatına layiq görülmüşdür. 1898-ci ildə Polşa rəssamlarının "İncəsənət" birliyinə üzv olmuş və həmin il Parisə köçmüşdür. 1900-cü ildə Londonda keçirilən sərgidə qızıl medal qazanmış, Paris Ümumdünya Sərgisində isə mükafata layiq görülmüşdür. Həmin il uzun müddət yaxın münasibətdə olduğu rəssam Jozef Çaykovskidən ayrılmışdır.
1901-ci ildə Pittsburqda Boznanskanın əsərlərindən ibarət sərgi keçirilmişdir. 1907-ci ildə Karnegi Mellon Universiteti tərəfindən gümüş medalla təltif edilmişdir. 1912-ci ildə Pittsburqda keçirilən sərgidə Klod Mone və Pyer-Ogüst Renuar ilə birlikdə Fransanı təmsil etmişdir.
1932-ci ildə sonuncu dəfə Krakovda olmuşdur. 1937-ci ildə Parisdə keçirilən Ümumdünya Sərgisində Qran-priyə layiq görülmüşdür. 1938-ci ildə Venesiya Biennalesində iştirak etmişdir.
1940-cı ildə Parisdə vəfat etmiş və Monmoransi qəbiristanlığında dəfn olunmuşdur.
Seçilmiş əsərləri
Mükafatları Fəxri Legion ordeni (1912)
Mənbə https://web.archive.org/web/20060412103038/http://webart.omikron.com.pl/paint/authors/BOZN_OL/ http://www.pinakoteka.zascianek.pl/Boznanska/Boznanska_bio.htm
Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Parisdə vəfat edənlər