Qalaktus () – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 48-ci sayında (mart 1966) peyda olmuşdur. Güclü kosmik varlıq olan Qalaktus həyatda qalmaq üçün planetləri udmaqla məşğuldur. Qalaktus Marvel davamediciliyində vacib rol oynayan personajdır.
2009-cu ildə IGN "Top-100 komiks supercinayətkarı" siyahısında Qalaktusu 5-ci yerdə göstərmişdir."Galactus is number 5" IGN, 2009.
Personaj bir çox videooyun və televiziya verilişində yer almışdır. 2007-ci il istehsalı "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" filmində də Qalaktus personajı peyda olmuşdur.
Nəşrolunma tarixi thumb|Qalaktus "Fantastic Four" komiksinin 49-cu sayının üzlüyündə.|left Qalaktus Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 48-ci sayında (mart 1966) görünmüşdür.Thomas, Roy, Stan Lee's Amazing Marvel Universe (Sterling Publishing, New York, 2006), "Moment 29: The Galactus Trilogy", pp. 112–115. ;
Bioqrafiya Qalaktus əslində Taalı səyahətçi Qalan idi. Taa planeti Böyük partlayışdan öncə də mövcud idi. Naməlum bir kataklizma kainatdakı bütün həyatı məhv etməyə başlayanda Qalan və digər sağ qalanlar Taa planetini tərk edirlər və Böyük çöküşə sürüklənirlər. Buna baxmayaraq, Qalan ölmür, Kainatın şüuru ilə bağlanır, gəmisinin qalıqlarından ibarət olan bir kosmik yumurtada dəyişilməyə başlayır. Böyük partlayışdan qısa müddət sonra Qalaktusa çevrilir. Müşahidəçi Qalaktusunun yaranmasını müşahidə edir və onun dağıdıcı olduğunu görüb öldürməməyə qərar verir.Super-Villain Classics: Galactus the Origin #1 (May 1983). Marvel Comics.Thor #168–169. Marvel Comics.Fantastic Four #522. Marvel Comics. Arxeopiya Qalaktusun sağ qalmaq üçün udduğu ilk planet olur.Fantastic Four #48 (March 1966). Marvel Comics.
Qalaktus udacağı planetləri müəyyənləşdirmək üçün özünə xəbərgətirənlər seçməyə qərar verir. İlk iki cəhdi uğursuz olur,Cosmic Powers #6 (Aug. 1994). Marvel Comics. amma Zen-La planetinə yaxınlaşarkən Norrin Raddın təklifini qəbul edir və dünyasını məhv etməmək qarşılığında onu Gümüş sörfçüyə çevirir.Silver Surfer #1 (Aug. 1968) Ən axırda Qalaktus Yeri udmağa gəlir, lakin Fantastik dördlük, Uatu və Qalaktusa qarşı gələn Gümüş sörfçünün köməyi ilə dəf edilir və Yeri tərk etməli olur. Qalaktus Gümüş sörfçünü sürgün edir və bir daha Yerə gəlməyəcəyinə and içir.Fantastic Four #48–50 (March–May 1966). Marvel Comics.
Güclər və bacarıqlar Qalaktus kainatın ən qədim və ilk varlığıdır,Beta Ray Bill: Godhunter #3 (August 2009). Marvel Comics. "kosmosun fiziki, metamarfoz forması" kimi təsvir olunur.Super-Villain Classics #1 (May 1983). Marvel Comics.Thanos #3 (Feb. 2004). Marvel Comics.Ultimates vol 2 #6 (April 2016). Marvel Comics. Qalaktus sonsuzluq ilə ölüm arasındakı balansı qoruyur.Silver Surfer vol. 3, #18 (Dec. 1988). Marvel Comics. Qalaktusun əsl şəkli dəqiq deyil: kainatda yaşayan hər irq, hər mədəniyyət onu müxtəlif cür görür.Fantastic Four #521 (Feb. 2005). Marvel Comics.
Qalaktus böyük kosmik gücə malikdir.Marvel Super Heroes: Secret Wars #9 (Jan. 1995). Marvel Comics. Kosmik şüur, telepatiya, telekinez, enerji şüalandırması,Fantastic Four #242 (May 1982) ölçü dəyişdirmək, maddənin tranmutasiyası, teleportasiya, həyat yaratmaq,Cosmic Powers Unlimited #2 (Aug. 1995) qalxan formalaşdırmaq, portal açmaq, ruh və yaddaş manipulyasiyası güclərinə malikdir. Qalaktus mövcudluğunu qorumaq üçün həyat olan planetləri udmaq məcburiyyətindədir. Udacağı planetləri müəyyənləşdirmək üçün ora xəbərgətirənlərini göndərir. Xəbərgətirənlər Qalaktusun onlara verdiyi bəzi güclərə malik olurlar. Qalaktus bu gücləri onlardan ala da bilər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Marvel Comics kosmik varlıqları Kateqoriya:Cek Körbi tərəfindən yaradılmış personajlar Kateqoriya:Sten Li tərəfindən yaradılmış personajlar Kateqoriya:1966-cı ildə tanıdılan komiks personajları Kateqoriya:Yerdənkənar supercinayətkarlar Kateqoriya:Marvel Comics supercinayətkarları Kateqoriya:Gümüş sörfçü Kateqoriya:Uydurma kütləvi qatillər Kateqoriya:Uydurma humanoidlər Kateqoriya:Marvel Comics telepatları