Osman Bəyazid Osmanoğlu () — Osmanlı sülaləsinin doqquzuncu rəisi, Osmanlı şahzadəsi.

Həyatı Osman Bəyazid Əfəndi 1924-cü ildə Parisdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcidin oğlu Mehmed Burhanəddin Əfəndinin oğlu İbrahim Tofiq Əfəndidir. Anası isə Xədicə Şadiyə xanım idi. Osmanlı sülaləsinin sürgündə dünyaya gələn ilk üzvüdür. 1930-cu ildə atası ilə anası ayrılmış, Bəyazid Əfəndi anasıyla birlikdə Nyu-York şəhərinə köçmüşdür. Burada ABŞ Silahlı Qüvvələrində xidmət etmiş, Nyu-Yorkda müxtəlif dillərdə fəaliyyət göstərən kitabxanada çalışmışdır.

23 sentyabr 2009-cu ildə Ərtoğrul Osman Əfəndinin vəfatının ardından Osmanlı sülaləsinin rəisi elan olundu. Osman Bəyazid Əfəndi evlənmədi və övladı olmadı. 6 yanvar 2017-ci ildə Nyu-Yorkda vəfat etdi.

Mənbə John James (ed.). Almanach de Gotha (2013 ed.). BOYE6. ISBN 978 0 9575198 24 http://www.dailysabah.com/turkey/2017/01/07/last-heir-to-former-ottoman-empire-bayezid-osman-dies-at-age-92 http://www.haberturk.com/gundem/haber/1345654-osman-bayezid-osmanoglu-kimdir Buyers, Christopher. "The Imperial House of Osman: Genealogy"

Kateqoriya:Osmanlı şahzadələri Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Türkiyə müsəlmanları