"Proqres Niderkorn" FK () — Lüksemburqun Niderkorn şəhərini təmsil edən peşəkar futbol klubu.
Tarixi "Proqres Niderkorn" futbol klubu 1919-cu ildə yaranıb. Almaniyanın İkinci dünya müharibəsinin gedişində Lüksemburqu işğal etməsi nəticəsində "Proqres" 1942—43 mövsümündə "Niderkorn" adı altında Qauliqada (Prussiyanın Reyn bölgəsinin mərkəzi və cənubi bölgələrinin çempionatı) iştirak edib və ikinci pilləni tutub. Üç dəfə Lüksemburq çempionatının, dörd dəfə isə ölkə kubokunun qalibi olan "sarı-qaralar" ən yaxşı dövrlərini 1970-ci illərin sonu, 80-ci illərin əvvəllərində yaşayıblar. Komanda 1981-ci ildən bəri çempion ola bilmir. "Proqres" son mövsümü çempion "Düdelanj"ın 5 xal gerisində, ikinci pillədə bitirib.
"Proqres" ev oyunlarını 2 min 800 nəfər azarkeş tutumuna malik "Yos Haupert" stadionunda keçirir. Niderkorn təmsilçisinin oyunlarını orta hesabla 710 azarkeş izləyir.
Uğurları Milli Diviziya Qalib (3): 1952–53, 1977–78, 1980–81 Finalçı (6): 1931–32, 1936–37, 1976–77, 1978–79, 1981–82, 2017–18
Lüksemburq Kuboku Qalib (4): 1932–33, 1944–45, 1976–77, 1977–78 Finalçı (3): 1945–46, 1955–56, 1979–80
Avrokuboklarda çıxışı İndiyə kimi avrokuboklarda 15 oyun keçirən "Proqres"in aktivində 1 qələbə, 2 heç-heçə, 12 məğlubiyyət var. 3 dəfə fərqlənən komanda qapısında 42 qol görüb. "Proqres" avrokuboklardakı yeganə qələbəsini Şotlandiyanın "Reyncers" klubu üzərində qazanıb. Lüksemburq klubu UEFA Avropa Liqasının 2017— 2018 mövsümünün I təsnifat mərhələsində səfərdə 0:1 məğlub olduğu Qlazqo təmsilçisinə doğma meydanda 2:0 hesabı ilə qalib gələrək mübarizədən kənarlaşdırmışdı.
Turnir üzrə nəticələri 22 iyul 2018 tarixində yenilənib. Turnir Oyunlar Qələbə Heç-heçə Məğlubiyyət Vurub Buraxıb UEFA Çempionlar Liqası 4 0 1 3 1 17 UEFA Avropa Liqası 9 1 1 7 2 15 UEFA Kuboklar Kuboku 2 0 0 2 0 10 Ümumi 15 1 2 12 3 42
Oyunlar Mövsüm Turnir Raund Rəqib Ev Səfər Ümumi 1977–78 Kuboklar Kuboku 1R Vayle 0–1 0–9 0–10 1978–79 Çempion Klublar Kuboku 1R Real Madrid 0–7 0–5 0–12 1979–80 Avropa Liqası 1R Qrasshopper Sürix 0–2 0–4 0–6 1981–82 Çempion Klublar Kuboku 1R Qlentoran 1–1 0–4 1–5 1982–83 Avropa Liqası 1R Servett 0–1 0–3 0–4 2015–16 Avropa Liqası 1R Şemrok Rovers 0–0 0–3 0–3 2017–18 Avropa Liqası 1R Reyncers 2–0 0–1 2–1 2R AEL Limassol 0–1 1–2 1–3 2018–19 Avropa Liqası 1R Qəbələ
Heyəti
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Lüksemburq futbol klubları