Məhəmmədqulu xan (?-1840) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağın sonuncu xanı (1813-1828). Mustafaqulu xanın oğlu, Məhəmmədhüseyn ağa, Həsənəli ağa (ata), Sara xanımın atası.
Həyatı Əhər şəhərində anadan olub. İran ordusunun sərkərdələrindən biri olub. Qardaşı Abbasqulu xanın xanlığı dövründə şahzadə Abbas Mirzə Abbasqulu xandan üz döndərmişdi. Məhəmmədqulu xandan da soyumuşdu. 1826-1828-ci illər rus-İran müharibəsi əsnasında Qaradağ xanlığı savaş meydanına dönmüşdü. 1828-ci ildə Məhəmmədqulu xan qardaşı, ailəsi və rəiyyəti ilə birgə Qarabağa köçür. Çar I Nikolayın xüsusi fərmanı ilə mayor rütbəsi və Qaradağ xanlığına işarə edən Xanqaradağski familiyasını almışdı. Şuşa şəhər komendantının hərbi hissəsində çalışırdı. Kəşfiyyat xidmətinin rəisi olub. 1835-ci ildə igidliyinə və xidmətlərinə görə Məhəmmədqulu xana polkovnik rütbəsi verilir. 1840-cı ildə Şuşada vəfat edir. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağski adlı oğulları, Sara xanım adlı qızı vardı. Həsənəliağa xan Qaradağski nin babasıdır.
Mənbə
Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh. Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
Həmçinin bax Qaradağ xanlığı
Xarici keçidlər
Kateqoriya:Qaradağ xanları Kateqoriya:Qaradağda doğulanlar Kateqoriya:Azərbaycan tarixi