Cümə məscidi — Qax şəhərində yerləşən məscid.
Haqqında Qax şəhər Cümə məscidi 1996-cı ildə tikilmişdir. Məscidin sahəsi 352 kvadratmetr, həyətyanı sahəsi isə 0,27 hektardır. Məscidin həyətində yardımçı binalar inşa olunmuşdur. Bu ibadət ocağı 2012-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin balansına verilmişdir. Məsciddə eyni vaxtda 200 nəfər ibadət edə bilər.
Ədəbiyyat Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Cümə məscidi (Quba) Cümə məscidi (Şamaxı)
İstinadlar
Kateqoriya:Qax məscidləri Kateqoriya:1996-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Qax rayonunun məscidləri