Firuddin Qurbanov (Tam adı: Firuddin Eyyub oğlu Qurbanov; 24 oktyabr 1946, İrəvan, Ermənistan SSR, SSRİ) — 1990−1992-ci illərdə İsveç yığma komandasının baş məsləhətçisi olmuş, 3 qat SSRİ çempionudur.(1971,1972,1974)

Həyatı Firuddin Qurbanov 24 oktyabr 1946-cı ildə İrəvan şəhərində anadan olub. Bakı şəhəri Xəzər rayonu 156 nömrəli tam orta məktəbi bitirmiş, 1969–1975-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnmişdir. Evlidir, dörd övladı var. 1971-ci ildə SSSR xalqlarının Spartakiyada çempionu, dəfələrlə dünya miqyaslı yarışların qalibi olub. 1990–1992-ci illərdə İsveç yığma komandasının baş məsləhətçisi, Azərbaycanın əməkdar məşqçisi, 3 qat SSRİ çempionu və SSRİ beynəlxalq idman ustasıdır.

2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərinə görə ona "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilmişdi.

Mükafatları Hərbçilərin dünya birinciliyinin gümüş mükafatçısı "Əməkdar bədən tərbiyəsi və idman xadimi"

İstinadlar

Kateqoriya:İdman məşqçiləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimləri Kateqoriya:Yunan-Roma güləşi üzrə SSRİ çempionları