«Çernobıl» Ukrayna Milli Muzeyi (, Ukrayinskiy natsionalnıy muzey «Çornobıl») — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən və 1986-cı ildə baş verən Çernobıl faciəsinə həsr olunmuş muzey. İctimaiyyəti faciənin aspektləri ilə məlumatlandırmaq üçün muzeydə çoxlu şəkillər, videolar, eksponatlar, modellər və digər təsviri əşyalar var. Muzeydə qəzada həyatını itirənlərə və mədəni budaqlanmaya həsr olunan müxtəlif sərgilər keçirilib.

Muzey binası 1980-ci illərdə tikilmişdir. Binanın köhnə sahibi bir yanğınsöndürmə briqadası idi. Bina 1992-ci ildə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti tərəfindən bağışlanmışdır.

Tarix Muzey Ukrayna Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə «Çernobıl» Muzeyi adı altında 25 aprel 1992-ci ildə açılmışdır. 1996-cı ildə muzeyin adı «Çernobıl» Ukrayna Milli Muzeyi olmuşdur.

Maliyyələşdirmə Muzey Ukrayna hökuməti və Kiyev bələdiyyəsi tərəfindən maliyyələşdirilir və dəstəklənir. Muzeyə çoxlu özəl və xarici ianələr gəlir. Muzey Yaponiya hökuməti tərəfindən çoxlu ianələr alıb.

Qalereya

Həmçinin bax Çernobıl AES Çernobıl faciəsi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ukrayna muzeyləri Kateqoriya:1992-ci ildə Ukraynada yarananlar Kateqoriya:Çernobıl faciəsi Kateqoriya:1992-ci ildə yaradılmış muzeylər Kateqoriya:Fəlakət muzeyləri